Daha bir avtomobil aşdı: bu dəfə də sürücü...
15 sentyabr 2020 15:26 (UTC +04:00)

Daha bir avtomobil aşdı: bu dəfə də sürücü...

0

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Alxanlı yolunda qeydə alınıb. Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Ramin Nəcəfovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2515

Oxşar yazılar