Beyləqanda avtomobil dirəyə çırpıldı, sürücü öldü
31 avqust 2020 02:23 (UTC +04:00)

Beyləqanda avtomobil dirəyə çırpıldı, sürücü öldü

 

Beyləqanda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibli Cəmil Eldar oğlu "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton dirəyə çırpılıb. C.Nəsibli ağır xəsarətlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1921
avatar

Oxşar yazılar