Bakıda silahla gəzən keçmiş məhkum tutuldu
14 yanvar 2020 16:36 (UTC +04:00)

Bakıda silahla gəzən keçmiş məhkum tutuldu

0

Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus  patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu rayon Polis İdarəsinin İatintaq Şöbəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1435

Oxşar yazılar