Bakının Yasamal rayonunda ölümlə nəticələnən hadisə baş verib.
APA xəbər verir ki, rayonun Abdulvahab Salamzadə küçəsində 1979-cu il təvəllüdlü Məmmədova Elnarə Fərman qızı yaşayış binasının 11-ci mərtəbəsindən yıxılıb.
O, hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb olunub.