Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş qəsəbə sakini Tural Vəliyev və tanışı paytaxt sakini Bahadır Kərimov tutulublar. Polis Şöbəsində onların üzərində şəxsi axtarış aparılan zaman B.Kərimovdan 0,246 qram psixotrop maddə metamfetamin, T.Vəliyevdən isə 2,512 qram heroin və 0,165 qram metamfetamin aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq T.Vəliyevin qəsəbə ərazisində yerləşən evinin yaxınlığında yarımtikilidə gizlətdiyi 1 kiloqram 700 qran heroin də aşkar olunaraq polislər tərəfindən götürülüb. Saxlanılan şəxslər Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.