Paytaxt sakini intihar məqsədi ilə özünə xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 36 yaşlı Səmədov Elman Əliağa oğlu intihar etmək məqsədi ilə özünə qarın nayihəsindən bıçaqla bir neçə yerdən xəsarətlər yetirib. O, ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq reanimasiyaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.