Bakıda avtoxuliqandan narkotik götürüldü
19 may 2020 09:34 (UTC +04:00)

Bakıda avtoxuliqandan narkotik götürüldü

Bakıda avtoxuliqan saxlanılıb.

Lent.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən Bakı şəhər sakini, 37 yaşlı Anar Qafarov sənədsiz idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətləri edən zaman saxlanılıb.

Saxlanılan şəxs Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə gətirilib. Avtomobilə baxış keçirilərkən oradan 0,160 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549
avatar

Mehman Nəbiyev

Oxşar yazılar