Bakıda 22 yaşlı gəlin dəm qazından boğuldu
31 may 2020 11:21 (UTC +04:00)

Bakıda 22 yaşlı gəlin dəm qazından boğuldu


Bakıda 22 yaşlı gəlin dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Allahverdiyeva  yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci  (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1543
avatar

Oxşar yazılar