Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı - FOTO
30 avqust 2020 11:19 (UTC +04:00)

Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı - FOTO

Avqustun 29-da Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2998
avatar

Oxşar yazılar