Bakının Yasamaı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Yasamal Rayon Məhkəməsinin qarşısında baş verib.
Belə ki, 1986-ci il təvəllüdlü Mirzəyev Nahid Sahib oğlu piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sağ ayağın sınığı diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.
Nurlan Əli