Bacısını boğub öldürənin işi MƏHKƏMƏDƏ
31 avqust 2020 15:39 (UTC +04:00)

Bacısını boğub öldürənin işi MƏHKƏMƏDƏ

Bu il mayın 5-də Masallı rayonu, Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Masallı rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Masallı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Rafiq Gözəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Könül Məmmədrzayevanı kəndirlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2365
avatar

Mehman Nəbiyev

Oxşar yazılar