Bu ilin birinci yarısında Azərbaycanda qeydə alının fövqəladə hadisələrin statistikası açıqlanıb.
Fövqəladə Hallar NazirliyindənLent.az-a verilən məlumata görə, 2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 8274 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 1133 hadisə və ya 16% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər ölüb, 107 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub.