Azərbaycanda koronavirus xəstəsi evdən çıxıb bunu etdi
23 noyabr 2020 11:24 (UTC +04:00)

Azərbaycanda koronavirus xəstəsi evdən çıxıb bunu etdi

0

Ağstafa rayon sakini 56 yaşlı Qadirli Ramiz Əziz oğlu noyabrın 7-də COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilsə də, xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 8-də idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Ağstafa rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1589

Oxşar yazılar