Azərbaycana qanunsuz yolla dərman preparatları gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, Biləsuvar gömrük postunda İrandan gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində, üzərində və şəxsi əşyaların arasında gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.
Baxış zamanı yük avtomobilinin kabinində-yataq yerində və sürücüyə məxsus idman çantasında müxtəlif adda 30 ədəd maz, 2030 ədəd həb və 44 ampula dərman preparatları aşkar edilib.