Acqarına içilən suyun FAYDALARI
26 avqust 2020 19:57 (UTC +04:00)

Acqarına içilən suyun FAYDALARI

Acqarına su içməyin faydalı olduğu barədə çoxları danışır. Səhərlər yuxudan duran kimi su içənlər çoxdur. Amma bunun mənasını, hansı faydalarının olduğunu heç də hamı bilmir. Boş mədəyə su içməyin hansı faydaları var? Bu zaman nə baş verir? Mütəxəssislər acqarına bir stəkan su içməyin lazımlı olduğunu izah ediblər.

e-tibb.az xəbər verir ki, Almaniyadan olan mütəxəssislər səhərlər acqarına bir stəkan su içməyin bir neçə cəhətdən faydalı olduğunu bildiriblər. Həkimlərin fikirləri Almaniya mediasında yayımlanıb. Mütəxəssislər hesab edir ki, acqarına su içən zaman bunlar baş verir:

Toksinlər təmizlənir. Su boş mədəyə daxil olduqdan sonra zərərli birləşmələr bədəndən çıxır. Həm də müntəzəm maye qəbulu əzələnin inkişafına kömək edir.

Maddələr mübadiləsi sürətlənir. Acqarına bir stəkan su içmək maddələr mübadiləsini normallaşdırmağın açarıdır. Mütəxəssislərin fikrincə, proses 24 faiz sürətlənir. Bundan əlavə, mədə-bağırsaq traktının işi yaxşılaşır.

Dərini cavanlaşdırır. Acqarına su içmək bədəni maye çatışmazlığından qoruyur. Nəticədə qırışların yaranma ehtimalı azalır.

İmmunitet sistemini gücləndirir. Bir insan yuxudan oyandıqdan dərhal sonra bir stəkan su içməyə alışırsa, immuniteti güclənəcək. Nəticədə yoluxucu bir xəstəliyə yoluxmaq riski azalır.

Böyrək daşlarından qoruyur. Su mədə turşusunun konsentrasiyasını azaldır. Bununla böyrək daşlarının meydana gəlməsinə kömək edən zəhərli maddələrin miqdarı da azalır.

Saçları canlandırır. Maye içmək saç üçün faydalıdır, çünki saçları nəmləndirir. Həkimlər hesab edir ki, su saç həcminin 25 faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5800
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15