Abşeron rayonunda ümumi sahəsi 200 m² olan hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin 1-ci mərtəbəsinə yığılan ev əşyaları 70 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.