8 Martda  arvadını təbrik edən   kişilərə atəş açdı
13 mart 2024 18:55 (UTC +04:00)

8 Martda arvadını təbrik edən kişilərə atəş açdı

Krasnoyarsk diyarının Nazarovo şəhərində müstəntiqlər həyat yoldaşı ilə birlikdə 8 mart bayramını qeyd edən kişilərə atəş açan 35 yaşlı yerli sakinə qarşı cinayət işi açıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qısqanc kişi adam öldürməyə cəhddə ittiham olunur. Dindirilmə zamanı o, əməlini etiraf edib və ona qarşı ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, martın 8-nə keçən gecə ər arvadının bayram məclisindən qayıtmasını gözləməyərək onu tanıdığı ər-arvadın yanına axtarmağa gedib. Orada arvadını tanımadığı kişilərin arasında tapıb.

Qısqanc kişi əsəbiləşib, evə silah almaq üçün gedib və geri qayıdanda potensial rəqiblərini qorxutmaq üçün havaya atəş açıb. Bu zaman arvad qonaqları tərk edib. O, ərinin maşınının sükanı arxasına keçib və evə gedib, kişi isə piyada qayıtmalı olub. Yolda arvadının yanında olan kişilərin maşını ilə qarşılaşıb.

Qısqanc şəxs ön şüşədən atəş açaraq sürücünü yaralayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
 

# 3141
avatar

Oxşar yazılar