75 yaşlı jurnalist intihar etdi
22 oktyabr 2024 16:05 (UTC +04:00)

75 yaşlı jurnalist intihar etdi

Rusiyada məşhur jurnalist, 75 yaşlı Sergey Medvedev Yekaterinburqun Postovski küçəsindəki mənzildə özünü güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun yanında ona məxsus olmayan silah olub.

Məlumata görə, mərhumun arvadı qonşu otaqda olub. O, bir anda atəş səsi eşidərək ərinin yanına qaçıb. Otaqda kişini qan içində yerdə uzanıqlı halda tapıb.

Bildirilir ki, mərhum son vaxtlar səhhətində problem yaşayıb və içki içib.

Qeyd olunur ki, Sergey 1970-ci illərin əvvəllərindən jurnalistikada çalışıb. Ural Federal Universitetini bitirib və "Ural Fields" regional jurnalının baş redaktoru olub. Onun sözlərinə görə, nəşrin tirajı 3,5 min nüsxədən 70 min nüsxəyə yüksəlib. O, sonralar “Uralski raboçiy” qəzetində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2576

Oxşar yazılar