Bakıda ana və oğluna qarşı dələduzluq edən Nurlan Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.
Əldə etdiyimiz məlumata görə, fiziki şəxs olan Nurlanın əməlindən 2 zərərçəkmiş var. Onlar da Z. Əsgərova və oğlu Fuad Əsgərovdur. İttiham aktına görə, Nurlan Tağızadə Fuadı Hava Limanında yoxlama-nəzarətçi vəzifəsinə “düzəltmək” və onlara ipoteka ilə ev almaq vədi verib. Bu vədlərlə zərərçəkmişlərdən ümumilikdə 70 min manatdan çox pul alıb.
N.Tağızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə baş tutacaq.