7 yaşlı qızı  içki masasının üzərində oynatdılar
22 iyun 2023 12:09 (UTC +04:00)

7 yaşlı qızı içki masasının üzərində oynatdılar

6

Türkiyədə bir qrup şəxs balaca qızı masanın üzərində oynadıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Kayseri bölgəsində qeydə alınıb.

Belə ki, bir müddət əvvəl sosial şəbəkələrdə 7 yaşlı qızın spirtli içki qəbul edildiyi masada oynaması görüntüləri paylaşılıb. Polis görüntülərdəki 4 nəfəri saxlayıb. Qızın ailəsinin vəkili Mustafa İyul Ceyhan 7 yaşlı D.D.-nin spirtli içki qəbul edildiyi masada oynatılması görüntüləri ilə bağlı açıqlama verib. 

O bildirib ki, hadisə ictimaiyyət tərəfindən tamamilə yanlış şərh edilib:

“Uşağın anası və atasının heç bir şikayəti yoxdur. Mövzu ilə bağlı 4 həbs-qətimkan tədbiri olub. Bu saxlanmaların nəticəsində həm prokurorluq, həm də müvafiq qurumlar tərəfindən həbs edilənlər kiçik qızın birinci dərəcə qohumudur”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
6
# 3864

Oxşar yazılar