54 kiloya yaxın  narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO
15 iyul 2023 10:06 (UTC +04:00)

54 kiloya yaxın narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

0

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə iyulun 14-də saat 08:20-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1910

Oxşar yazılar