5 gün əvvəl 1 yaşı olmuşdu - Şəkidə körpənin faciəvi ÖLÜMÜ
13 yanvar 2026 10:51 (UTC +04:00)

5 gün əvvəl 1 yaşı olmuşdu - Şəkidə körpənin faciəvi ÖLÜMÜ

0

Şəkinin Biləcik kəndində 1 yaşlı körpə qəfil dünyasını dəyişib.

Lent.az bizim.media-ya istinadən xəbər verir ki, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın halı evdə qəfil pisləşib.

Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, o, yolda dünyasını dəyişib.

İlkin ehtimala görə, körpənin epilepsiyası tutub və onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, beş gün öncə A. Zəkəriyayevanın 1 yaşı tamam olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar