İsmayıllı sakini özünü bıçaqlayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Pərviz Nəsir oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun bıçaqla özünə xəsarət yetirdiyi müəyyən olub.
Onun həyat yoldaşının bir neçə gün əvvəl komaya düşərək dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.