Türkiyədə Türkmənistan əsilli kişi 4 nəfəri öldürüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir bölgəsində qeydə alınıb.
Kişi Türkmənistan əsilli Ruslan Kərimovu, Gülkəmər Hanımova ilə 2 qızını öldürüb. Daha sonra isə onların cəsədlərini parçalayaraq soyuducuda saxlayıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar saxlanılıb. O, ilk izahatında hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır.