Rusiyanın Leninqrad vilayətində çoxuşaqlı ana dörd il ərinin mumiyasını öz evində saxlayıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, 2020-ci ildə ər-arvad arasında mübahisə baş verib, bu zaman qadın ərinə ölüm arzulayıb. Bundan sonra kişi qəflətən donub və yıxılıb. Lakin arvadı bunu ciddi qəbul etməyib, onun zarafat etdiyini düşünüb.
Dörd saat sonra qadının qızı ondan yerdə uzanan atası haqqında soruşmağa başlayıb, lakin o, onu uşaq evinə göndərməklə hədələyərək sual verməyi qadağan edib. Qadın ərini yorğana bükərək otağa aparıb. Sonra onun meyitini çarpayıya qoyub.
Evdə mumiya olması faktı yalnız dörd ildən sonra ailəyə yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttiş gəldikdən sonra məlum olub. Yoxlama zamanı o, çarpayıda insan mumiyası aşkar edib.
Qadının şizofreniya xəstəliyinə genetik meylinin olduğu və uzun müddət psixiatrın qəbulunda olduğu üzə çıxıb. Qadın hazırda psixiatriya xəstəxanasında müalicə alır.