Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Lent.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 38 yaşlı Seyfullayev Ramin Nizami oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.