37 yaşlı qadın özünü Kürə atmaq istədi
29 oktyabr 2021 11:08 (UTC +04:00)

37 yaşlı qadın özünü Kürə atmaq istədi

Mingəçevirdə intihara cəhd olub.

Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 28-də Mingəçevir şəhəri ərazisində qeydə alınıb. Məlumata əsasən, 37 yaşlı qadın Kür çayının üzərindəki körpüdən özünü suya ataraq intihar etmək istəyib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki,  qadını polis əməkdaşları xilas edib:

“Oktyabrın 28-də Mingəçevir şəhər sakini olan qadın özünü Kür çayına atmaq istəyərkən ərazidə xidmət aparan şəhər Polis Şöbəsi və mühafizə polisinin əməkdaşları onunla psixoloji söhbətlər apararaq bu cəhdinin qarşısını alıblar.

Məsələ ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində aparılmış ilkin araşdırmadan  sonra toplanmış materiallar şəhər prokurorluğuna göndəriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3495

Oxşar yazılar

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

20 avqust 2025 , 16:50
Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə  öldü

Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə öldü

20 avqust 2025 , 16:43
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19