32 yaşlı kişiyə ərə gedən yeniyetmə qız polisə çağırıldı
31 yanvar 2024 14:20 (UTC +04:00)

32 yaşlı kişiyə ərə gedən yeniyetmə qız polisə çağırıldı

6

Daxili İşlər Nazirliyi mediada 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə yayılan görüntüyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-ın soğrusuna cavab olaraq bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir şəhər Polis Şöbəsinə dəvət ediliblər.

Şöbədə onlarla profilaktik iş aparılıb:

"Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
6
# 19051

Oxşar yazılar