2020-ci ildə intizam pozuntusuna yol verən prokurorluq əməkdaşlarının sayı bilinib.
Lent.az-ın məlumatına görə, Baş Prokurorluqda keçirilən kollegiya iclasında qeyd edilib ki, öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq olunub.