Göygöldə 2 yaşlı uşağını döyərək yandıran Şirin Qasımov barəsində məhkəmə qərar verib.
Lent.az xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
27 sentyabr, saat 14:02
Göygöldə ata ögey qızına işgəncə verərək onu yandırıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, fakt Göygöl rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirərkən aşkarlanıb:
"Şirin Qasımovun evin aparılan axtarış zamanı kultivasiya yolu ilə beecərilən narkotik tərkibli bitkilər aşkarlanıb. Həmçinin polis əməkdaşları Şirin Qasımovun qeyri-rəsmi nikahla yaşadığı qadının 2 yaşlı qızının bədənində siqaret yanığı izləri müəyyən ediblər. Əməkdaşlar azyaşlını xəstəxanaya yerləşdiriblər. Ögey ata saxlanılıb. Həm narkotik tərkibli bitkilərin kultivasiyası. həm də azyaşlıya verdiyi işgəncələrlə bağlı cinayət işi başlanıb".