Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edilib.
Lent.az xəbər verir ki, hadisə yanvarın 30-da Nərimanov rayonunda baş verib. Naməlum şəxs saat 16:50-də F.Yusifov küçəsində Bakı şəhər sakini, 18 yaşlı N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Xırdalan şəhər sakini, 23 yaşlı Elçin İbrahimov müəyyən edilərək tutulub.