Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə əlaqədar dekabrın 15-də görülmüş işlərlə bağlı məlumat yayıb.
İdarədən Lent.az-a daxil olan xəbərə görə, xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərara əsasən, ötən gün ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-si rayon, 20-si paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 75, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 40-ı rayon, 20-si paytaxt istiqamətinə olmaqla 60 avtomobil geri qaytarılıb.
Ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.