15 yaşlı qız smartfona görə  19 nəfəri öldürdü
24 may 2023 19:53 (UTC +04:00)

15 yaşlı qız smartfona görə 19 nəfəri öldürdü

Qayanada (Cənubi Amerika) tələbə internat məktəbinin yataqxanasını yandırıb, nəticədə 19 nəfər ölüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 15 yaşlı tələbə qız özündən böyük kişi ilə münasibətdə olduğu üçün smartfonunun əlindən alınmasına qəzəblənib. Bundan sonra o, yataqxanada yanğınla hədələməyə başlayıb, daha sonra hamamı yandırıb. 

Bina taxtadan olub və buna görə də alov 57 tələbənin olduğu bütün yataqxananı bürüyüb.

“O, bunu onlara olan sevgisinə görə edib. O, bunu etməli olduğunu hiss edib, çünki onların çoxu gecə saatlarında binanı tərk edərək ünsiyyət qurur. Bu, çox acınacaqlı bir vəziyyətdir, lakin dövlət tələbələr və onların ailələri ilə birlikdə onlara lazım olan hər cür dəstəyi təmin etmək üçün işləyəcək”, - milli təhlükəsizlik məsələləri üzrə müşavir Cerald Quveyya bildirib.

Sağ qalan qızların dediyinə görə, onlar gecə qışqırığından oyanıblar və qapı-pəncərələr bağlı olduğundan tələyə düşdüklərini anlayıblar. Nəticədə 19 nəfər ölüb, daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərin demək olar ki, hamısı ucqar kəndlərdən olan 12-18 yaş arası yerli insanlardır. Həmçinin hadisə nəticəsində panikaya düşərək açarı tapa bilməyən və tələbələri yanan otaqdan çıxara bilməyən yataqxana müdirinin 5 yaşlı oğlu dünyasını dəyişib.

Yanğın zamanı yanıq xəsarətləri alan şübhəli şəxs hazırda xəstəxanadadır. Müalicədən sonra o, yetkinlik yaşına çatmayanlar üçün həbsxanaya köçürüləcək. Azyaşlı ilə münasibətdə olan şəxsə qarşı da işin açılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Oxşar yazılar