Bakıda itkin düşən yeniyetmə tapılıb.
Bu barədə Lent.az-ın soruğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev məlumat verib. Onun sözlərinə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində 16 yaşlı Mumcu Vüsal Kərəm oğlunun itkin düşməsi ilə bağlı axtarış işləri keçirilib:
“Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə V. Mumcu tapılaraq ailəsinə təhvil verilib”.
Əldə etdiyimiz məlumata görə, Mumcu Vüsal Kərəm oğlu itkin düşdüyü 15 gün ərzində dostu ilə birgə istixanalardan birində işləyib. O, bu müddət ərzində elə həmin istixanada gecələyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Mumcu Vüsal Kərəm oğlunun itkin düşməsi barədə xəbər vermişdik.