Moskvada tarix müəllimi 13 yaşlı qızla intim mövzularda danışdığı üçün saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, müəllim yeniyetmə ilə intim mövzularda yazışıb. Altıncı sinif şagirdinin anası övladının müəllim tərəfindən cinsi istismara məruz qaldığını iddia edir.
Onların yazışması isə təsadüfən açılıb. Belə ki, qızın anası yeniyetmənin telefonunu yoxlamaq qərarına gəlib və müəllimlə intim yazışma görüb.