13 yaşlı qızı qaçıran oğlan saxlanıldı - YENİLƏNİB
22 may 2023 18:14 (UTC +04:00)

13 yaşlı qızı qaçıran oğlan saxlanıldı - YENİLƏNİB

0

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirilib ki, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib:

"Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”.

***

saat 16:49

Xəbər verdiyimiz kimi Tovuzda 13 yaşlı evlənmək üçün evdən qaçıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a açıqlamasında bildirib ki, hazırda faktla bağlı cinayət başlanmayıb.

Onun sözlərinə görə, ümumiyyətlə cinayət işi ilə bağlı danışmaq hələ tezdir:

"Araşdırmalar davam edir. Artıq bundan sonra cinayət işinin açılması və ya kimlərinsə məsuliyyətə cəlb olunması məsələsi müəyyən zaman tələb edəcək. Əgər, 13 yaşlı qızla hər hansı bir cinsi əlaqə olubsa, faktla bağlı cinayət işi başlanıla bilər. Amma cinsi əlaqə yoxdursa, digər tənbeh növləri tətbiq oluna bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5254

Oxşar yazılar