Nijni Novqorod vilayətində 13 yaşlı qız evlənəcəyini deyərək, yoxa çıxıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Maloye Tumanovo kənd sakini olan məktəbli qız gün ərzində naməlum oğlanla yazışıb.
Sonra o, böyük bacısına evlənəcəyini desə də, sözləri ciddiyə alınmayıb. Bir neçə saatdan sonra qız bayıra çıxaraq, evə yaxınlaşan “Lada”ya minib və naməlum istiqamətdə gözdən itib.
Valideynlər qızları ilə əlaqə saxlaya bilməyiblər. Telefon söndürülüb-açılsa da, heç kim cavab vermir. Qızın axtarışları 3 gündür davam edir.
İtkin düşmə faktı ilə bağlı standart təcrübə olan qətl işi açılıb.