Podolskda 13 yaşlı oğlan hava təravətləndiricisindən zəhərlənərək ölüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, azyaşlının ölümü dostlarının gözü qarşısında baş verib. O, dostlarının yanında mərhum hava təravətləndirici şüşənin buxarını udub və sonra özünü pis hiss edib. Oğlan qəfil huşunu itirib və dünyasını dəyişib.
Qeyd edildiyi kimi, hadisə yerinə hadisə şahidlərinin çağırdığı təcili yardım maşını gəlib və onun ölümünü qeydə alıb.
Araşdırma aparılır.