Novosibirskdə 11 yaşlı şagird uşaq dünyaya gətirib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Novosibirsk vilayətinin səhiyyə nazirinin müavini Tatyana Anoxina bildirib.
Onun sözlərinə görə, bu, Novosibirsk vilayətində son 10 ildə ilk hadisədir. Doğuşdan sonra azyaşlı ana özünü yaxşı hiss edib, övladının da sağlam olduğunu qeyd edib. Eyni zamanda Anoxinanın sözlərinə görə, yeni doğulmuş körpənin taleyindən xəbəri yoxdur.