10 kilo narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı
24 may 2023 11:46 (UTC +04:00)

10 kilo narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı

İrandan külli miqdarda narkotikin ölkəyə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə mayın 22-də saat 22 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Oxşar yazılar