54 nəfərin “Paytaxt” salatından zəhərləndiyi güman edilir
Daşkəsən rayonunun Bayan kəndində nişan mərasimində zəhərlənmiş şəxslərdən götürülən nümunələr analiz üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi İlqar Rəhimov məlumat verib. Onun sözlərinə görə, dünən axşam 21.30 radələrində Bayan kəndində kütləvi zəhərlənmə faktının qeydə alınması ilə bağlı xəstəxanaya məlumat daxil olub: Həmin mərasimdə iştirak etmiş şəxslərdən 28 nəfər, o cümlədən 12 uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Zəhərlənən şəxslərə müvafiq tibbi yardım göstərilib və onları öz istəkləri ilə evə buraxmışıq. Qusuntulardan götürülən nümunələri analiz üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərdik. Analizdən sonra insanların nədən zəhərləndiyi dəqiqləşəcək”.
İlkin ehtimala görə, adamlar nişan mərasimində süfrəyə verilən “Paytaxt” salatı və meyvə şirəsindən zəhərləniblər. Zəhərlənənlər nişan mərasiminin təxminən saat 16.00-da başladığını, 19.00 radələrində isə adamların hamısında baş gicəllənmə, qusma hallarının müşahidə olunduğunu bildiriblər. Onlar “Paytaxt” salatının bir gün əvvəl hazırlandığını, üzərində qaralma olduğunu deyərək, bu səbəbdən məhz həmin salatdan zəhərləndiklərini ehtimal edirlər.

Oxşar yazılar

Novxanıda dənizdə 2 nəfər batdı
20 iyul 2025 , 10:40
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Araşdırma başlanıldı-YENİLƏNİB
20 iyul 2025 , 09:56
Göygöldə avtomobil piyadanı vurub öldürdü
20 iyul 2025 , 08:18
Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28