Siyavuş Aslanın həyatına təhlükə yaranıb
0
0
Azərbaycan Respublikasının xalq artisti Siyavuş Aslan dünən axşam saatlarında yerləşdirildiyi 4 saylı Şəhər Xəstəxanasından çıxarılıb. Lent.az-ın məlumatına görə, tanınmış aktyor 1 saylı Şəhər Xəstəxanasına yerləşirilib.
1 saylı Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov Lent.az-a açıqlamasında xəstənin reanimasiya şöbəsinə yerləşdirildiyini dedi: “Siyavuş Aslan xəstəxanaya gətirilərkən huşu özündə deyildi. Əməkdaşlarımızın səyi nəticəsində huşu özünə gəlib. Xəstəyə kəskin beyin qan dövranının pozulması diaqnozu qoyulub və vəziyyəti ağırdır. Bu diaqnoz özü-özlüyündə çox ağır diaqnozdur. Çalışacağıq ki, həyatı üçün yaranmış təhlükəni aradan qaldıraq”.
Nizam RZA