İslam Partiyası üzvlərinin məhkəməsində qalmaqal
04 avqust 2011 13:33 (UTC +04:00)

İslam Partiyası üzvlərinin məhkəməsində qalmaqal

0
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər məhkəmənin hazırlıq iclasında qaldırılan heç bir vəsatəti təmin etmədiyi üçün qərəzli münasibət sərgilədiyini əsas gətirərək, məhkəmə heyətinə etiraz etdilər.

Hakim Eldar İsmayılov edilən etirazı müzakirə etmək üçün müşavirəyə getdi. Müşavirədən qayıdan hakim məhkəmə tərkibinə edilən etirazın əsaslandırılmadığını qeyd edərək, etirazın baxılmamış saxlanılması barədə qərar çıxardı.

Daha sonra proses təqsirləndirilən şəxslərin ittiham aktlarının oxunması ilə davam etdirilir. İslam Partiyasının sədri Mövsüm Səmədovun ittiham aktı oxunarkən məhkəmə zalındakı şəxslərdən biri ayağa qalxaraq, məhkəmə heyəti və proses barədə sərt çıxış etməyə başladı. Məhkəmə prosesinə müdaxilə edən şəxs nəzarətçilərin müdaxiləsindən sonra zaldan çıxarıldı. Onun ardınca zalda əyləşən daha bir nəfər yerindən çıxış edərək, prosesin gedişinə mane olmağa çalışdı. Nəzarətçilərin həmin şəxsi zaldan çıxarmasının ardınca proses davam etdirildi.

Dövlət ittihamçısı Vüqar Quliyev təqsirləndirilən şəxslərin ittiham aktlarını oxudu. Təqsirləndirilən şəxslərin heç biri ittiham olunduqları maddələrlə özlərini günahkar bilmədiklərini söylədilər.

Proses avqustun 11-i, saat 10-a təyin edildi.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar