Yevlaxda 32 yaşlı qadın yoxa çıxıb – FOTO
03 avqust 2011 18:27 (UTC +04:00)

Yevlaxda 32 yaşlı qadın yoxa çıxıb – FOTO

0
Lent.az-ın məlumatına görə, V.İsmayılov ərizəsində bildirib ki, həyat yoldaşı, 04.05.1979-cu il təvəllüdlü İsmayılova Sahibə Qasım qızı 26.04.2011-ci tarixdə yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.


S.İsmayılovanın xarakterik əlamətləri aşağıdakılardır: Boyu təxminən 1 metr 65 santimetr, normal bədən quruluşlu, gözləri qəhvəyi, saçları uzun və tündrəngli, sifəti uzun arıq, qarayanızdır. Evdən gedərkən əynində boz rəngli yubka, qara pencək, ayağında qara rəngli ayaqqabı olub. S.İsmayılovanı görənlərdən və ya hər hansı məlumatı olanlardan (0166) 6-45-02, (0166) 6-09-02, (0166) 6-38-27, (050) 682-21-02, (055) 310-52-42, (070) 313-71-27 nömrəli şəhər və mobil telefonlara zəng vuraraq bu barədə Yevlax RPŞ-ya məlumat vermələri xahiş olunur.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1208

Oxşar yazılar