DYP inspektorlarına telefonla danışmaq qadağan olunub
01 avqust 2011 10:22 (UTC +04:00)

DYP inspektorlarına telefonla danışmaq qadağan olunub

0
Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) inspektorlarına qayda pozan sürücülərin təkidi ilə telefonla danışmamaq barədə göstəriş verilib.

Lent.az-ın xəbərinə görə, bu barədə DYP-nin Yol Patrul Xidmətinin rəisi Ərəstun Məcidov bildirib. Ə.Məcidovun sözlərinə görə, bəzi sürücülər yol hərəkəti haqqında qanunun tələblərini pozur, DYP-i əməkdaşı onu saxladıqda həmin şəxslər müxtəlif insanlara zəng vurur: “Həmin sürücülər bu yolla DYP inspektorlarının işinə mane olur və polis əməkdaşından “day-day”-ları ilə danışmasını tələb edir. Baş verə biləcək neqativ halların aradan qaldırılması üçün DYP inspektorlarına bu kimi hallarda telefonla danışmamaq barədə göstəriş verilib”.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 876

Oxşar yazılar