İki “07” toqquşdu: 1 ölü, 4 yaralı
İyulun 29-da Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun 185-ci kilometrliyində, Karrar kəndi ərazisində iki “VAZ 2107” markalı avtomobil toqquşub.
Məlumata görə, Şirvan şəhər sakini 1983-cü il təvəllüdlü Feyzullayev Cahid Əlidadaş oğlu, sürücülük vəsiqəsi olmadan idarə etdiyi 10 BJ 988 nömrəli maşınla, qarşı tərəfdən gələn Kürdəmir rayon Mollakənd kənd sakini 1978-ci il təvəllüdlü Babayev Heyət Vilayət oğlunun sürdüyü avtomobilin yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub və C.Feyzullayevin sərnişini, nənəsi 1936-cı il təvəllüdlü Feyzullayeva Almara Mirzəbala qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki sürücü, həmçinin H.Babayevin sərnişinləri 1965-ci il təvəllüdlü Nəhmətov Sərkət Allahverdi oğlu və 1977-ci ildə anadan olmuş Abbasov Raci Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla əlaqədar BDYPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.
Nizam RZA

449