Xanlar Vəliyev komissarlıqlardakı yoxlamalardan danışdı
APA-nın məlumatına görə, bu barədə bu gün Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev məlumat verib. O qeyd edib ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun, prezident İlham Əliyevin «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə» 2007-ci il 28 iyul tarixli sərəncamı, eləcə də cari il yanvarın 27-də dövlət başçısının tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş yığıncağında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirilib ki, bu da mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
X. Vəliyev bildirib ki, ötən müddət ərzində Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb və istintaqı davam etdirilir.
Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 81 faizini istintaq zamanı ödənməsini təmin ediblər.

1409