5 yaşlı Sevinci öldürən valideynlərə 15 illik həbs cəzası istənildi
APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslər - Şahlar Həsənov və Rəbiyyət Osmanovanın 15 il müddətinə azadlıqdan məhrum edilmələrini, müdafiə tərəfi isə təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib. Proses avqustun 3-də davam etdiriləcək.
İttihama görə, 2011-ci il fevralın 26-da axşam saatlarında 2006-cı il təvəllüdlü Sevinc Həsənova yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi S. Bəhlulzadə küçəsi, döngə 13, 9 saylı evdə analığı Rəbiyyət Osmanova tərəfindən döyülüb. Atası Şahlar Həsənov saat 22.00 radələrində uşağın yatağında ağlamasına və sakitləşməməsinə görə Sevincin baş nahiyəsinə təpiklə qəsdən bir neçə zərbə vurub. Fevralın 27-də Sevinc aldığı xəsarətlərdən huşunu itirdiyinə görə, onu xəstəxanaya aparıblar. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Cinayət işi üzrə həyata keçirilmiş tədbirlər nəticəsində 1978-ci il təvəllüdlü Həsənov Şahlar Cümşüd oğlu və 1976-cı il təvəllüdlü Osmanova Rəbiyyət Osman qızı şübhəli şəxs qismində tutulublar. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham olunurlar.
R. Osmanova Rusiya vətəndaşıdır, 1999-cu ildə həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib və 2006-cı ilə qədər məhkumluq həyatı yaşayıb.

449