Arif Hacılı və daha 4 nəfərin işi məhkəməyə göndərilib
2 aprel aksiyası ilə bağlı tutulanlardan sonuncu qrupun da istintaqı başa çatıb
İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən sonuncu 4 nəfərin istintaqı yekunlaşıb.
Bakı Şəhər Prokurorluğundan APA-ya bildirib ki, iş üzrə təqsirləndirilənlər - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin materialları baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Hazırda onların məhkəməsi gedir.

361