Azərbaycanın 3 bölgəsində 195 hektar ərazi yanıb
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində (rayon mərkəzindən 26 km aralı) Zəyəm Cırdaxan Kənd Bələdiyyəsinə məxsus dağlıq ərazidə 20 ha biçilmiş taxıl sahəsi və 80 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 22:18-də yanğınsöndürənlər və yerli sakinlər tərəfindən söndürülüb.
Xızı rayonu, Giləzi qəsəbəsində (rayon mərkəzindən 39 km aralı) Giləzi Qəsəbə Bələdiyyəsinə məxsus dağlıq ərazidə 90 ha sahədə quru ot da yanıb. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Qusar rayonu, Hil kəndində isə (rayon mərkəzindən 14 km aralı) Hil Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi alovlanıb. Bu yanğın ocağının da genişlənməsinə imkan verilməyib. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

445